Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-dən Mynews.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Anar Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 79 qrama yaxın tiryək və 69 qram heroin götürülüb.
Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və həmin vasitələri satmaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın da polis əməkdaşları tərəfindən saxlanılıb.
Əldə edilmiş məlumat əsasında DİN-in Təhlükəsiz Şəhər Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şəkər kənd sakini Elşən Əliyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobildən 430 qram marixuana aşkar edilərək götürülüb.
Suraxanı RPİ 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini Azər İmanovdan isə 480 qram marixuana götürülüb. Araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub