Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.
Mynews.az report-a istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.
Qeyd edək ki, "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobil yol kənarı ilə gedən 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlunu vurub.
Eyni anda piyada zərbənin gücündən arxadan gələn "Nissan" markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub