Bakıda meyiti tapılan məktəblinin hansı şəraitdə öldüyü hələ də məlum deyil. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, martın 15-də Qızıldaş qəsəbəsində naməlum şəraitdə itkin düşən və bir neçə saat sonra meyiti yaşadığı evdən 250-300 metr aralıdakı sahədən tapılan 2004-cü il təvəllüdlü Sultanov Toğrul Zaur oğlunun niyə öldüyü, hansı səbəbdən evi tərk etdiyi hələlik üzə çıxmayıb.
Orta məktəb şagirdi olan və 13 yaşı apreldə tamam olacaq Toğrulun atası Zaur Sultanov bildirib ki, onların heç kimlə düşmənçiliyi olmayıb: “Hadisə vaxtı anası evdə olmayıb. Qardaşı dərsdən gələndən sonra təxminən saat 2 radələrində görüb Toğrul evdə yoxdu. Hamı axtarmağa başlayıb”.
Z.Sultanov əlavə edib ki, oğlunun meyitini evin yaxınlığındakı palçıqlıq ərazidən tapıblar: “Deyirlər ki, guya boğulub. Necə ola bilər ki, boyu 1,6-1,7 metr olan şəxs palçıqlıq bir yerdə boğulsun”.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub