Bu gecə Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, saat 22 radələrində Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində kirayə yaşadığı evin həyətində özünü asan 33 yaşlı Qismət Yusubov ailəli, 2 uşaq atası olub. Əslən Lənkəranın Bəliton kəndindən olan Qismət Yusubov xeyli vaxtdır, işsiz imiş. O, dünən axşam saatlarında həyat yoldaşı və uşaqları yaxın qonşunun evində olarkən həyətdəki üzüm çardağından özünü kəndirlə asıb. Az sonra qonşudan qayıdan qadın və uşaqları həyətdə dəhşətli mənzərə ilə qarşılaşıblar.
Bildirilir ki, Q.Yusubovun heç kimlə problemi olmayıb və psixi durumu normal imiş.
Araşdırmalar davam etdirilir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub