Sürücü onu hədələyərək pulunu alıb qaçan sərnişini 1 ay sonra özü tutub.
Daxili İşlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, fevralın 15-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini Taleh Hümbətəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs onu bıçaqla hədələyərək 51 manat pulunu alıb.
Martın 16-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində T.Hümbətəliyev həmin şəxsi görüb və saxlayaraq polis əməkdaşlarına təhvil verib.
Araşdırmalar zamanı həmin şəxsin Gəncə şəhər sakini Həsən Novruzov olması müəyyən edilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub