Bakıda öldürülən məşhur "avtoş"un fotoları yayılıb.
Mynews.az A24.az-a istinadən verdiyi məlumata görə, noyabrın 17-si günorta saatlarında Xəzər rayonu, Şüvəlan qəsəbəsində güllələnən "avtoş" Cabirin fotoları yayılıb.
Qeyd edək ki, Şüvəlan qəsəbə sakini 1992-ci il təvəllüdlü Babayev Cabir Yaşar oğlu Şərifov Vüqar Bəxtiyar oğlu tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş"larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman güllə Cabirə tuş gəlib.
Hadisədən sonra V.Şərifov polisə könüllü şəkildə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Qeyd edək ki, "avtoş 012" ləqəbi ilə tanınan Cabir Babayev Bakıda müxtəlif VAZ markalı avtomobillərlə avtoxuliqanlıq etməklə tanınıb. Bir neçə il öncə o, paytaxt küçələrindən birində yolayrıcını Yol-Patrul Xidməti avtobilinin qarşısından maximum sürət həddi ilə keçdiyinə görə dillər əzbərinə çevrilmişdi. Belə ki, 10 YP 334 dövlət nömrə nişanlı YPX avtomobilinin qarşısından yüksək sürətlə keçən nəqliyyat vasitəsi 90 KG 012 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil Bakı kəndlərində "Cabir-012" ləqəbilə tanınan "avtoş" Cabirə məxsus olub.
Mərhum "avtoş"un fotolarını və videolarını təqdim edirik:
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub