Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Osman Ziyadovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən O.Ziyadov özünü təqsirli bilmədiyini deyib.
Sonra zərərçəkmiş şəxs qismində səkkiz yaşlı Fidan Qəhrəmanova (ad-soyad şərtidir) ifadə verib. O deyib ki, O.Ziyadovun bacısı ona dayəlik edib:
"Anam xaricə gedib-gəlirdi, ona görə mənə dayə tutmuşdular. Arada dayəm məni öz evlərinə aparırdı. Biz hamımız bir otaqda qalırdıq. Dayəmin qardaşı Osman dəfələrlə mənə təcavüz edib. Axşam yatanda bunu təkrar edirdi, əli ilə ağzımı tuturdu ki, qışqırmayım”.
Səkkiz yaşlı qız bunları danışarkən məhkəmədə ağlayıb.
Prosesdə fasilə yaranıb.
Bundan sonra şahidlər və F.Qəhrəmanovanın anası ifadə verib.
Qeyd edək ki, O.Ziyadova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb və o, həbs edilib.
///Oxu.Az
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub