Səhər saat 04:30 radələrində paytaxtın “Nobel” prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, “Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb.
Qəza zamanı avtomobildə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsədov Rasim Nemətoğlu, 1980-ci il təvəllüdlü Cəfərov Zaur Tahir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firudin Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb.
Hazırda vəziyyətləri qənaətbəxşdir.
Qeyd olunur ki, sürücü taksi fəaliyyəti ilə məşğuldur və maşında olan dörd nəfər sərnişin olub. Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub