Türkiyə vətəndaşı küçədə ölüb.
Mynews.az Trend-ə istinanla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Ölüm hadisəsi Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində "Boss Klub" gecə klubunun qarşısında baş verib.
Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda "Krivetka Pub" kafesində pivə içiblər.
Daha sonra onlar sərxoş vəziyyətdə Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsindəki "Boss Klub" a gələrək orada spirtli içki qəbul ediblər.
Bir müddətdən sonra R.Taner klubda özünü pis edib və dostundan onu havaya çıxarmağı xahiş edib.
Küçəyə çıxan R.Taner bir neçə dəqiqədən sonra keçinib.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub