Lənkəranda ana körpəsini bətnində dərmanla öldürüb.
Mynews.az-ın məlumatına görə, dekabrın 10-da, gecə saat 01:20 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı yeddi aylıq hamiləliklə Lənkəran rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə gətirilib.
Doğuş zamanı dünyaya gələn körpə ölüb. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilib.
İlkin araşdırma zamanı Xədicə Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib.
Uşağın ölməsi üçün dekabrın 9-da gecə saat 01:00 radələrində dərman preparatı qəbul edib.
Nəticədə, dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub