Bakıda şəhər sakininin avtomobili hündürmərtəbəli binadan atılan tullantıların zərbəsindən yararsız hala düşüb.
Mynews.az a24.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31c ünvanındakı binanın həyətində baş verib. Belə ki, avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb.
Binadan naməlum sakinlər tərəfindən içi tullantılarla dolu sellofan torbalar 99 PR 086 dövlət qeydiyyat nişanlı, "Chevrolet” markalı minik avtomobilin üzərinə atılıb.
Nəticədə maşının arxa şüşəsini sınaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Avtomobilinin şüşəsinin sındığını görən sürücü sellofan torbaya baxış keçirərək onun içərisində quru heyvan nəcisinin olduğunu görüb.
Sürücü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub