Bakıda dəhşətli yol qəzası baş verib.
Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində ("Gənclik Mall” ticarət mərkəzinin qarşısı) "Chevrolet Captiva” markalı minik avtomobili 1972-ci il təvəllüdlü Əsgərov Zərgər Namaz oğlunu vurub. Zərbənin gücündən piyada yolun əks hərəkət hissəsinə düşüb və oradan keçən "Toyota Land Cruiser” markalı avtomobilin altında qalıb. 46 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə metronun Gənclik stansiyasının yeraltı keçidləri mövcuddur.
///Publika.az
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub