Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində - Zabrata gedən yolda "İsuzu" markalı 90 JA 101 dövlət qeydiyyat nişanlı avtobus yolu keçməyə çalışan yaşlı qadını vurub. Ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb və orada keçinib.
Araşdırmalar zamanı məlum olub ki, ölən qadın paytaxt sakini, 1955-ci il təvəllüdlü Valentina Mişkininadır.
Faktla bağlı Sabunçu rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, qəzanı törədən avtobus marşrut xətti üzrə fəaliyyət göstərməyib, özəl şirkətlərdən birinə məxsus olub.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub