Gəncə Ağır Cinayətlər Məhkəməsində 3 qadına qarşı seksual xarakterli hərəkətlər edən şəxsin məhkəməsi başlayıb.
Mynews.az ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 150.2.5 ( seksual xarakterli hərəkətlər təkrar törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan istifadə etməklə) maddəsi ilə təqsirləndirilən Rəhimov Fariz Fazil oğlunun məhkəmə prosesinə hakim Nuray Əliyev sədrlik edir.
Cinayət işində Puşkaryova Arzu Tofiq qızı, Çakır Sevda Adi və Voloşina Svetlana Aleksandrovna tanınıb. Qeyd edək ki, F.Rəhimov əvvəllər analoji maddə ilə dəfələrlə məhkum olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2008-ci il sentyabrın 25-də saat 03.30 radələrində Gəncə şəhər sakinləri Fariz Rəhimov və Ruslan Xolcudov sərxoş halda Atatürk prospektində yaşayan Alyona İvanovanın mənzilinin qapısını sındıraraq mənzilə daxil olublar və onu zorlayıblar. Sonra onlar qızı hədələyərək pul tələb ediblər. Kəpəz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rəhimov və Xolcudov tutulublar. Belə ki, Fariz həbsdən çıxdıqdan sonra öz əməllərindən əl çəkməyib və yaşadığı Kəpəz rayonu ərazisində müxtəlif qadınlara qarşı seksual xarakterli hərəkətlər edib. Farizin əməllərindən zərərçəkən qadınlar polisə şikayət etdikdən sonra seksual manyak dərhal həbs olunub.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub