Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Salyan rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Mynews.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-də saat 17 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində Salyan şəhər sakini Seyidabdulla Ağalarovun idarə etdiyi "BMW” və Aşağı Surra kənd sakini İlham Rəhmanovun idarə etdiyi "KamAZ” markalı avtomobillər toqquşubr.
Nəticədə "BMW”-nin sürücüsü xəstəxanaya aparılarkən yolda ölüb.
Qeyd edək ki, dəhşətli qəzada vəfat edən 27 Ağalarov Seyidabdulla Şahin oğlu Qaraqaşlı kənd icra nümayəndəliyinin mühasibi olub. Avtomobildə onunla birgə
Qaraqaşlı kənd icra nümayəndəsinin müavini Tural Tanrıverdiyev də olub və həmin şəxs də müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, S.Ağalarov ali təhsilli olub, 3 il əvvəl ailə həyatı qurub və yenicə ata olubmuş. Onun bəzi fotolarını təqdim edirik:
///Foto:publika.az









1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub