Xəbər verdiyimiz kimi, Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.
Mynews.az xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları hazırda hadisə yerindədir. İlkin məlumata görə, Aydın Məmmədov və xanımı Xuraman Məmmədova yanaraq, qızları Aygün isə tüstüdən boğularaq həlak olub.
Qonşular bildirib ki, ailənin Aygündən başqa iki qızı da var, onlar ailə qurub: Evin yiyəsi Aydın Məmmədov "Hacı" idi, təzəlikcə ürəyindən əməliyyat olunub, heç yerdə işləmirdi. Onların evi plana düşsə də, verilən kompensasiya ilə razılaşmadıqları üçün köçmədilər, evdə yaşamağa davam edirdilər. Gördüyünüz kimi, buradakı tikililərin çoxu sökülüb".
Qonşular, həmçinin qeyd edib ki, dünən ərazidə qazın verilməsində bir neçə dəfə fasilələr olub.
Partlayışın baş verdiyi evdən fotoları təqdim edirik:









1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub