Ötən gecə Bakının Beynəlxalq Hava Limanı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Daewoo Gentra” markalı, 10 PU 395 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.
O, yüksək sürətlə getdiyindən iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.
Sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əhməd Gülməmməd oğlu isə ağır bədən xəsarətləri alıb.
O, dərhal Sabunçu Rayon 3 saylı şəhər kilinik xəstəxanasına yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, baş beyin əziyi diaqnozu qoyulub.
Qeyd edək ki, qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub