Ali Məhkəmədə iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, hakim Fərhad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya qərarı tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Qeyd edək ki, 2015-ci il yanvarın 8-də saat 17:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Z.Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus “Vinçester” markalı odlu silahdan Qaradağ rayonu Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq onları öldürüb və hadisə yerindən qaçıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmə qərarı tamamilə ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi isə Z.Tərlanovun cəzasını 20 ilə endirib. Zərərçəkmişin hüquqi varisi həmin qərardan kassasiya şikayəti verib.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub