Ötən il Şəkidə 3 uşaq anası Səidənin özünü asaraq öldürməsinin təffərüatları ortaya çıxıb.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, Səidənin anası Elmira xanım Amil Xəlilin təqdimatında yayımlanan “Gəl, dərdini danış” proqramına gələrək qızının ölümündə qudasını günahlandırıb.
Gözü yaşlı ana Səidənin intihar öncəsi qardaşı Zaminə və bacısı qızı Aytaca göndərdiyi səs yazısını təqdim edib.
Efirdə səsləndirilən səs yazısında həyatına son qoyan üç uşaq anası ərini sevdiyini, lakin qayınanası üzündən xoşbəxt ola bilmədiyini və özünü asmasının səbəbini deyir:
“Məniim bu gün həyatıma son qoymağımın səbəbkarı qayınanamdır. O arvad qoymadı bu dünyada xoş gün görüm. Daha dözə bilmirəm. Məni bağışlayın. Sizdən xahişim budur ki, meyitimi burada qoymayın. Rövşəni də tutdurmayın, qoyun uşaqlarıma baxsın. Sizin başınızı aşağı salacaq bir iş görmədim. Sevdiyimə ərə getdim, axıra qədər də tək onu sevdim"
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub