Bərdədə küçədə bacı-qardaş olduğu ehtimal edilən iki azyaşlı uşaq tapılıb.
Mynews.az oxu.az-a istinadən əldə etdiyi məlumata görə, uşaqlardan biri 8-9 aylıqdır, digərinin isə iki yaşı var.
Bərdə Rayon Xəstəxanasından bildiriblər ki, onlar tapılanda, ətrafda heç kim olmayıb:
“Hələ demək olmaz ki, uşaqlar valideyn tərəfindən atılıb. Yaxınlıqda çoxlu evlər var. Bəlkə də uşaqlar azıb. Onları Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirmişdilər. Təcili olaraq Uşaq Xəstəxanasına göndərdik. Uşaqlar ətraflı müayinə edilib. Onların vəziyyəti yaxşıdır. Hələ ki, valideyn və ya yaxınlarından axtaranlar olmayıb. Polis məsələni araşdırır”.

Uşaqların itməsi ilə bağlı hüquq-mühafizə orqanlarına xəstəxanadan məlumat verilib. Onların valideynlərinin axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Faktla bağlı ilk məlumat Yenisabah.az saytında dərc edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub