Ucar rayonunda qətl hadisəsi baş verib.
Mynews.az Report”-a istinadən xəbər verir ki, Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib.
Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qaynanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib.
Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
1
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
585 dəfə oxunub
2
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
541 dəfə oxunub
3
Azərbaycan Albaniyanı təbrik etdi
518 dəfə oxunub
4
Əli Əsədov yeni qərar imzaladı
513 dəfə oxunub
5
Zəngilana növbəti köç karvanı yola salındı
508 dəfə oxunub