Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az-ın məlumatına görə, hadisə fevralın 9-u gecə saatlarında rayonun Tülü kəndində qeydə alınıb.
Qazma kənd sakini Eltun Hacıyev idarə etdiyi “UAZ” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı telefon dirəyinə çırpıb, nəqliyyat vasitəsi daha sonra yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü Eltun Hacıyev hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində əyləşən onun qardaşı Məftun Hacıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub