Sumqayıt-Bakı qatarının hərəkətində texniki problem yaranıb.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, bu gün Sumqayıt Dəmiryolu Stansiyasından səhər saat 08:00-da çıxmalı olan qatar yaranmış problem səbəbindən xəttə buraxılmayıb.
Faktı Oxu.Az-a təsdiq edən “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova xətlərdə heç bir problemin olmadığını qeyd edib:
“Qatarın özündə texniki problem yaranıb. Xətlərdə heç bir problem yoxdur. Yaranmış problemin səbəbi araşdırılır. Texniki nasazlıq səbəbindən 6008 №-li elektrik qatarının hərəkət etməyəcəyi barədə sərnişinlərə məlumat verilib. Sərnişinlər qrafik üzrə 08:48-də hərəkət edən qatarla Bakıya yola salınıblar. Sumqayıt-Bakı istiqamətində işləyən digər qatarların hərəkət cədvəlində heç bir dəyişiklik yoxdur. Qatarlar qrafik üzrə hərəkət edəcək”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub