Şamaxıda yerləşən “Quşçu” vulkanı püskürüb.
Xeberci.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib.
Onun sözlərinə görə, Şamaxıda yerləşən digər vulkanın aktivləşməsi ehtimal edilir:
“Quşçu” vulkanın püskürməsinin təhlükəli olacağını düşünmürəm. Hər halda ehtiyatlı olmaq lazımdır. Çünki kəndin yaxınlığında yerləşir”.
Adil Əliyev qeyd edib ki, Şamaxıda yerləşən digər vulkanlar da aktivləşə bilər:
“Dəmirçi”, “Qızmeydan” vulkanlarının aktivləşməsi barədə də məlumat veriləcək. Onların aktivləşməsi gözləniləndir. Bu vulkanlar zəlzələ ocaqlarına çox yaxın ərazidə yerləşir. Zəlzələ baş verən zaman yaranan gərginlik vulkanın aktivləşməsinə səbəb olur. Bu vulkanların püskürməsi gözlənilən haldır. Hazırda əraziyə baxış keçirilir”.
08:54
Gecə saat 02:00 radələrində, Şamaxı rayonunun Quşçu kəndində palçıq vulkanı püskürüb.
Bu barədə Oxu.Az-ın bölgə müxbiri məlumat verib.
Bildirilir ki, insanlar vulkanın səsinə oyanıblar. Yaxınlıqda yerləşən yaşayış evlərinin sakinləri təşvişə düşüblər.
Vulkan püskürməsi zamanı yerin altından xaric olunan palçıq təxminən 15-20 metr hündürlüyə qalxıb və iki hektara yaxın əraziyə yayılıb.
Hazırda vulkanda qaynama və palçıq axını prosesi davam edir.
Təbiət hadisəsi zamanı evlərə ziyan dəyməyib.
Qeyd edək ki, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev saytımıza açıqlamasında bildirmişdi ki, fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində baş verən zəlzələdən sonra dörd vulkan aktivləşə bilər.
O, zəlzələnin Qobustanda “Şıxzərli”, Şamaxıda “Quşçu”, “Dəmirçi”, “Qızmeydan” vulkanlarında aktivləşmə yarada biləcəyini qeyd etmişdi.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub