Bu gün səhər Bakının Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindəki "Karl Markıs" dairəsində qəza olub.
Mynews.az “unikal.org”a istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil, xanım polis kapitanın idarə etdiyi 99 LR 515 dövlət nömrə nişanlı “KİA Sportage” markalı maşınla toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn polis əməkdaşlarının Unikal.org-a verdiyi məlumata görə, hadisə taksi fəaliyyəti ilə məşğul olan 99 BA 273 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünün günahı ucbatından baş verib.
Belə ki, "Karl Markıs" dairəsindən Azadlıq prospekti istiqamətində hərəkət etmək istəyən avtomobilləri Ziya Bünyadov prospekti kənar yol ilə gələn avtomobillər gözləməlidir.
“Mercedes” markalı avtomobil “KİA Sportage” markalı avtomobilin hərəkətinə mane yaratdığı üçün sözügedən qəza baş verib.
Qəza nəticəsində hər iki istiqamətdə tıxac əmələ gəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub