“Facebook” sosial şəbəkəsində Azərbaycan bayrağına zibil büküldüyünü əks etdirən görüntülər yayılıb.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, fotolar qısa zamanda geniş müzakirələrə səbəb olub.
Hadisənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində baş verdiyi bildirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, bu günlərdə sosial şəbəkədə Azərbaycan Bayrağına hörmətsizliklə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsində çəkildiyi iddia edilən fotoşəkil paylaşılıb:
“Bəzi xəbər saytları isə məsələni araşdırmadan öz səhifələrində bu mövzu ilə bağlı məlumat yerləşdiriblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti harada, hansı ünvanda baş verməsindən asılı olmayaraq, Azərbaycan bayrağına edilən hörmətsizliyi kəskin pisləyir. Xidmətin şəxsi heyəti Azərbaycanın dövlət atributlarını müqəddəs bilir və onlardan istifadə qaydaları barədə qanunvericiliyin tələblərinə tamamilə riayət edir.
Bununla belə, qeyd edilən məsələ Xidmət tərəfindən tam nəzarətə götürülməklə ciddi araşdırılır. Əgər iddia edildiyi kimi, bu hal Xidmətin müvafiq struktur bölməsində baş veribsə, cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti belə bir həssas məsələdən sui-istifadə etməklə dövlət qurumunun ümumi fəaliyyəti barədə ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərindən təəssüfünü ifadə edir”, - deyə xidmətdən qeyd edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub