Bakıda orta məktəbin ayaqyoluna kamera quraşdırılıb.
Şagirdlərdən birinin çəkdiyi videogörüntünü Xəzər TV yayımlayıb.
Araşdırma zamanı məlum olub ki, kadrlar Bakıda, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə çəkilib.
Görüntülərdən aydın olur ki, məktəbdə ayaqyolu kabinələrinin qapıları yoxdur.
Məktəbin direktor müavini Novruz İsmayılov açıqlamasında bildirib ki, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb, lakin heç vaxt işlək vəziyyətdə olmayıb.
İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə, Novruz İsmayılov qeyd edib ki, yuxarı sinif şagirdləri orada siqaret çəkiblər.
Şagirdləri bu vərdişdən yayındırmaq üçün məktəb rəhbərliyi bu üsulu seçib. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb.
“Həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkmir”, - deyə o bildirib.
Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə, direktor müavini vurğulayıb ki, məktəb tikilən vaxt orada qapı nəzərdə tutulmayıb.
Novruz İsmayılov onu da əlavə edib ki, qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub