Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün vacib olan məqamlardan biri də yol göstərici xətlərinin çəkilməsi və rənglənməsidir. Ancaq Bakının bir çox yollarında bu xətlərin, demək olar ki, əksəriyyəti silinib.
Baku TV-nin əməkdaşları çəkiliş apardıqları ərazilərdə yol göstərici xətləri ilə yanaşı, piyada zolaqlarının da rənglərinin silindiyinin şahidi olub.
Bu da sürücülərin və piyadaların haqlı narazılığına gətirib çıxarır.
Bəs görəsən, xətlərin çəkilməsi üçün istifadə olunan boyalar niyə tez silinir?
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, xətlərin tez silinməsinin əsas səbəbi yağışın, qarın yağması və atmosfer yağıntılarıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub