Bərdədə doğuş zamanı körpə ölüb.
Mynews.az xəbər verir ki, Bərdə rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, fevralın 21-də Tərtər rayonu Səhləbad kənd sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədovanın yeni doğulmuş oğlan uşağının rayon Doğum Evində ölməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, tərtib olunan müvafiq sənədlər götürülüb, ölümün səbəbini müəyyənləşdirmək məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilərək yeni doğulmuş uşağın meyiti müayinə olunub və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub