İki gün əvvəl Ağcabədi rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, rayonun Rəncbərlər və Hüsülü kəndlərinin yaxınlığından keçən hissəsində "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobillərin toqquşması nəticəsində vəfat edən "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və Həyat Məmmədova müəllim olub.
Hadisə müəllimlər kənd məktəbində dərslərini bitirərək Ağcabədi şəhərində yeni salınmış qəsəbədəki evlərinə qayıdarkən baş verib.
Bildirilir ki, E.Məmmədobv həm də Ağcabədidə "Yeni Abituriyent" kursunda çalışırmış və rayonda tanınmış ingilis dili müəllimlərindən olub.
Qeyd edək ki, hadisə vaxtı digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Vəfat edən Elsevər Məmmədovun bəzi fotolarını təqdim edirik.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub