Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb.
Mynews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 28-də Şepelyov Nikita Mixayloviç "qara ciyərin cırılması” və "böyrəyin qan sızması” diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriya şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompeksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub.
Daxil olmuş məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək foto şəkillər çəkilib, hadisə şahidlərinin izahatları alınıb. Məhkəmə-tibb, məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizaları təyin olunub.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub