Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.
Mynews.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Bahar bağları”nda qeydə alınıb. Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimova həmin evin həyətində yerləşən hamamda dəm qazından boğularaq ölüblər.
Hadisə barədə məlumat daxil olan kimi, rayon Prokururluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirib və hər iki meyitin daxili və xarici müayinəsi üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, meyiti tapılan şəxslər qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub