Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.
Bunu Mynews.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib:
“Ağac “Prado” və “BMW” markalı maşınların üzərinə aşıb, avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb”.
“Aşan ağac sağlam küknardır və kökündən çıxıb. Paytaxtın müxtəlif yerlərində 10-a yaxın ağacın budaqları sınaraq yola düşüb”, - deyə şöbə rəisi əlavə edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub