"Elmlər Akdemiyası"stansiyasında qeyri-adi hal yaşanıb.
Mynews.az xəbər verir ki, sərnişinlərin Orman.az-a verdiyi məlumata görə "Dərnəgül" xətti üzrə hərəkətdə olan qatar "Nizami" stansiyasında dayanıb. 10 dəqiqə hərəkətsiz qalan qatar sərnişinləri boşaldaraq geri qayıdıb.
Nəticədə platformada sərnişin sıxlığı yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytın sualına cavab olaraq faktı təsdiqləyib. Metropolitenin sözçüsü qeyd edib ki, metroda yaşanan hadisəyə səbəb qatarda yaranan texniki nasazlıq olub:
"Dərnəgül xətti üzrə hərəkətdə olan qatarda texniki problem yaranıb. Təlimatımıza uyğun olaraq qatar "Elmlər Akadeiyası" stansiyasında sərnişinləri düşürərək, geriyə, "Nizami" stansiyasına qayıdıb və depoya göndərilib".
Bəxtiyar Məmmədovun sözlərinə görə hazırda xəttəki sıxlıq aradan qaldırılıb. Qatarlar normal intervalla hərəkət edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub