"Niva" markalı avtomobilin içini yüklə doldurub, sərnişini də arxa buferində aparır. Təhlükə o qədər böyükdür ki, buferin üzərində dayanıb əli ilə avtomobildən yapışmış şəxs hər an yıxıla bilər. Sürücü isə, heç nə olmamış kimi yoluna davam edir. Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Şamaxı rayonundandır. Arxadan gələn başqa bir avtomobildən çəkilən kadrlarda 06 BD 731 nömrə nişanlı "Niva" sürücüsünün kobud qayda pozuntusu görünür.
Sərnişinin öz həyatını təhlükəyə atıb neçə kilometr bu şəkildə getdiyi məlum deyil. Məlum olan odur ki, sürücünün yüngül əyləci sıxması yaxud da başqa bir ani ehtiyatsızlığı onun yıxılması və arxadan gələn avtomobilin altına düşməsi ilə nəticələnə bilər.
Məsələ ilə bağlı Baş Dövlət yol polisi idarəsinin nətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. O, bildirib ki, bu vəziyyətdə həmin sürücü sərnişindaşıma qaydalarını pozub. Ona görə də yol polisi tərəfindən 60 manat və 3 cərimə balı ilə cəzalandırıla bilər. Bununla yanaşı, "Niva"nın sürücüsü yükü elə yığmalıdır ki, arxanı görə bilsin.
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub