39 yaşlı Qobu sakini Məmmədov Musa Tofiq oğlu özünü yandırıb.
Bu barədə Mynews.az-a Abşeron rayon Prokurorluğundan məlumat daxil olub.
İnsident səhər saatlarında baş verib. M.Məmmədov qayınanasının evində intihar edib.
Yaxınları vaxtında M.Məmmədova yardım edə bilməyiblər. İlkin məlumata görə, kişinin bədəninin 70 faizi yanıb.
İlkin araşdırma nəticəsində M.Məmmədovun spirtli içki alüdəçisi olduğu ortaya çıxıb.
Bu səbəbdən ər-arvad arasında tez-tez münaqişə düşüb. Baş verən hadisədən sonra həyat yoldaşı da çoxlu həb udaraq özünü öldürməyə çalışıb. O, vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub