Dumanlı hava şəraiti ilə əlaqədar bu saata kimi Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Mynews.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
O, sürücülərə yollarda diqqətli olmalarını tövsiyə edib:
“Bu saata qədər paytaxt ərazisində nəqliyyat vasitələrinin maddi zərəri ilə nəticələnən iki yol qəzası baş verib. Xəsarət alan olmayıb. Hazırda dumanlı hava şəraiti Bakının Yasamal rayonu ərazisində daha çox hiss olunur.
Bu səbəbdən sürücülərə yaxın işıqlarını yandıraraq hərəkət etmələri tövsiyə olunur. Yaxşı olaradı ki, yollarda sürət həddini mümkün qədər aşağı endirsinlər, ara məsafəni gözləsinlər və diqqətli olsunlar”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub