Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Bəxtiyar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mynews.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib.
İttihama görə, hadisə paytaxtın Nizami rayonunda baş verib.
Bəxtiyar Əhmədov dostu Fikrət Salmanovu bıçala qətlə yetirib. Onların arasında mübahisə Bəxtiyar Əhmədovun ona "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra olub.
Bəxtiyar Əhmədov buna etiraz edən zaman Fikrət Salmanov "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub.
Nəticədə Bəxtiyar Əhmədov 13 illdir dostluq etdiyi Fikrət salmanovu öldürüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub