Xəbər verdiyimiz kimi Azərbaycanda 3-cü kurs tələbəsi taksi sürücüsünə qoşulub qaçıb.
Mynews.az BiG.AZ-a istinadla xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində taksi sürücüsü ilə qoşulub qaçan və 4 ay birlikdə yaşayan Ülkərin toy görüntüləri efirə verilib.
Aparıcı bildirir ki, oğlanın valideynləri studiyaya gəlib: "Ana bildirir ki, biz oğlumuzun xoşbəxtliyini istəyirdik".
Ülkər bildirib ki, barışıq üçün atasıgilə gedən zaman həyat yoldaşı ona atasından 2500 manat pul almağını istəyib: "Onun pis vərdişləri var idi. Evdə ailəm məni sevirdi. Özüm də anlayıram ki, səhv etmişəm".
Ülkərin atası Baba efirə çıxaraq qızını bağışladığını bildirərək onu qucaqlayıb.
Atası bildirib ki, oğlan bizi ölümlə hədələyir:"Mənim bir övladımda məktəbdə oxuyur. Özü eləməsə də başqasına bıçaqla vurdura bilər. Ona görə də sabahdan onun məktəbə getməsini istəmirəm"
Qeyd edək ki, Ülkərin atası dünən canlı yayıma bağlanaraq qızından imtina etdiyini bildirib.








1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub