Bakının Binəqədi rayonunda kişi həyat yoldaşını qətlə yetirməyə cəhd edib.
Bu haqda Mynews.az-a Binəqədi rayon hüquq mühafizə orqanlarından məlumat verilib.
İlkin məlumata görə, mayın 3-də saat 07:00 radələrində Sulutəpə qəsəbəsində Abşeron rayon sakini – 31 yaşlı Elşən İsgəndərov aralarında düşən münaqişə zamanı həyat yoldaşı – 26 yaşlı Qaragöz İsgəndərovaya deşici bıçaq xəsarətləri yetirib.
Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə ağır vəziyyətdə yerləşdirilib. Qadın hələ özünə gəlmədiyindən, müstəntiqlər onu dindirə bilməyib.
Hadisəni törədən şəxs könüllü şəkildə polisə təslim olub. Fakt üzrə araşdırmanı rayon prokurorluğu aparır. Cinayətin motivləri araşdırılır. İlkin versiyaya görə, insident qısqanclıq zəminində baş verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub