“Saipem” təəssüflə xəbər veriri ki, mayın 8-də axşam, təxminən 6:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsarfil Hüseynov” borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və hazırda “Citadel” gəmisi vasitəsi ilə Bakı sahilinə çatdırılma işləri aparılır”,- deyə bildirilir.
Məlumatda qeyd edilir ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir:
“Yanğin tamamilə sondürülüb. Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. “Saipem” şirkəti vəziyyəti nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaq”.
8 may -22:30
Xəzər Dəniz Neft Donanmasına məxsus “İsrafil Hüseynov” gəmisində partlayış baş verib.
Müxtəlif KİV-lərdə partlayış nəticəsində çoxlu sayda yaralının olması barədə məlumat yayılıb.
İlkin məlumata görə, zərərçəkənlər sahilə çatdırılmaq üçün başqa bir gəmiyə evakuasiya olunublar.
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev Mynews.az-a qəza baş verməsi faktını təsdiqləyib, lakin xəsarət alan olmadığını bildirib.
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqlarin birində qəza baş verməsi barədə məlumatlıyıq. Gəmi ilə davamlı əlaqə saxlayırıq.
Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda “Saipem” şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə “Saipem” şirkətinin nümayəndələri çalışırlar. Dəqiq səbəblər haqqında məumatı “Saipem” yayacaq”,- deyə o qeyd edib.
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub