Arvadını öldürən Fuad Paşayev həbsxanada ÖLÜ TAPILDI

Bu ilin aprelində ABŞ-ın Viskonsin ştatında həyat yoldaşı, 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirən Azərbaycan vətəndaşı Fuad Paşayev özünü öldürüb.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, 31 yaşlı Paşayev mayın 6-da axşam saat 23:00 radələrində saxlanıldığı təcridxanada nəzarətçilər tərəfindən ölü tapılıb.
Viskonsin-Dels şəhərinin polis departamentinin məlumatına görə, F. Paşayev kamerada tək saxlanılıb. Onun intihar etdiyi bildirilir.
Xatırladaq ki, T. Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb. Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.
Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.
Cütlüyün iki yaşlı qızı var.
Hadisə
- Azərbaycanda küçəyə atılan yeni doğulan körpə öldü
- Zaur Baxşəliyev efirdə danladığı operatorun könlünü aldı
- Məktəblərdə qış tətili başlayır - Bu tarixdən...
- Qarlı havanın dərsə davamiyyətə təsiri açıqlandı - RƏSMİ
- Bakıya yağan qarın hündürlüyü bilindi - FAKTİKİ HAVA
- Bu şəxslərin də maaşları artırıldı - YENİ İLDƏN...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Instagram”a yeni özəllik əlavə edildi - Artıq eyni anda… 940 dəfə oxunub
- Bu gündən məktəblilərin qış tətili başlayır 935 dəfə oxunub
- Bakının bu ünvanında evlər söküləcək - Kvadratına 3 min AZN kompensasiya 933 dəfə oxunub
- “Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışında mübarizə daha da gərginləşir 555 dəfə oxunub