Abşeronda əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti ağırdır.
Bu barədə Mynews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub:
“Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.
01:30
Abşeron rayonunda ər hamilə həyat yoldaşını bıçaqlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib.
19 yaşlı Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Qadın dərhal cərrahi əməliyyat edilib. Bıçaq zərbələri qadının qarın nahiyəsinə dəydiyindən ananın bətnindəki uşaq tələf olub.
İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəmnində baş verib.
Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub