Binəqədi rayonunda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.
Mynews.az-a daxil olan məlumata görə, ilkin araşdırma zamanı həmin şəxsin 1972-ci il təvəllüdlü Naxçıvan MR, Şərur rayonu, Danzik kənd sakini Sadıqov Zahid Yaqub oğlu olduğu müəyyənləşib. Onun Binəqədi rayonu, Ə.Nəvai küçəsində yerləşən 9 saylı yataqxananın qarşısındakı kafedə tapılmış meyitinin üzərində zorakı xəsarətlər müşahidə olunub.
Məlumat əsasında hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya (MTE və PA) ETT Birliyinin Binəqədi rayon şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub