Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, bu gün Ağstafa rayonu Böyük Kəsik kəndi ərazisində olan bazarda baş vermiş hadisə zamanı ayağından güllə yarası alan 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayevin ayağı amputasiya edilib.
Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə dörd nəfər ölüb, dörd nəfər yaralanıb. Qətlin qisas məqsədilə törədildiyi müəyyən olunub.
“Kalaşnikov” markalı avtomat silahdan istifadə edən cinayətkar polis şöbəsinə gələrək özü təslim olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub