Bakı metrosunun işində nasazlıq yaranıb.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, bu gün səhər saat 08:00 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, hadisə metronun “Xalqlar Dostluğu” stansiyasında baş verib:
" “Həzi Aslanov” stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.
Baş vermiş problem nəticəsində qatarlar arasında 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.
***
Bakı metrosunda baş vermiş problem aradan qaldırılıb. Qatarlar arasındakı interval bərpa olunub.
Hazırda metro işini normal rejimdə davam etdirir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub