Bakı-Quba avtomobil magistralının 79-cu kilometrliyində, Siyəzən rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, “KİA Sportage” markalı, 99 NK 277 dövlət nömrə nişanlı avtomobil kombaynla toqquşub.
Qəzaya yüksək sürət səbəb olub. Belə ki, “KİA Sportage” yüksək sürətlə arxadan kombayna çırpılıb.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Kombayn sürücüsünün şəxsiyyəti dəqiqləşdirilib. Bu, 1970-ci il təvəllüdlü Salyan rayon sakini Raqil Əsədulla oğlu Abbasovdur. “KİA Sportage”i isə 1972-ci il təvəllüdlü Şirinov İlqar İlham oğlu idarə edib.
Sürücülər və “KİA Sportage” markalı maşında olan üç sərnişin yaralı halda Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub