Göyçayda yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqəyə girən şəxsə cinayət işi açılıb.
Mynews.az News24.az-a istinadən məlumatına görə, Göyçay Rayon Polis İdarəsində rayon sakini Elşad Orucov barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb. Onun cinsi əlaqədə olduğu yeniyetmə qızla evləndiyi məlum olsa da, qanunvericiliyin tələbinə görə, 16 yaşı tamam olmamış şəxslərin ailə qurması və onlarla cinsi əlaqədə olmaq qadağandır.
Günahı sübuta yetirilərsə Elşad Orucovu 3 ilədək həbs cəzası gözləyir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub