Qobustanda süni göldə batan yeniyetmələrin adları açıqlanıb.
Mynews.az oxu.az-a istinadən məlumat verir ki, göldə boğulanlar Füzuli rayon sakini, hazırda Qobustan rayon Təklə kəndində yaşayan 2004-cü il təvəllüdlü Əliyev Fərdi Elsevər oğlu və Şamaxı rayon Çıraqlı kənd sakini 2001-ci il təvəllüdlü İbadov Mənsim Möhsün oğludur.
09:47
Qobustan rayonunda iki uşaq göldə boğulub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.
Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.
Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub