Dünən Bakının Xətai rayonu, Babək prospekti, “Maşın bazarı” adlanan ərazisində yerləşən dönərxanada 12 nəfərdə bir neçə saatdan sonra baş verən zəhərlənmənin səbəbləri məlum olub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Araşdırmalar nəticəsində qeyd olunan obyektin vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus olması aşkarlanıb.
Zəhərlənməyə səbəb kimi baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması göstərilir.
Araşdırmalar davam etdirilir.
Qeyd edilir ki, zəhərlənən 12 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi isə Klinik Tibbi Mərkəzdə davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub